Filtr qaz xəttində olan çirk, toz və digər hissəcikləri tutaraq qaz avadanlıqlarının qorunmasına və onların daha stabil işləməsinə kömək edir. Bəs filtrə nə qədər tez-tez texniki baxış keçirilməlidir?
Praktikada qaz xətti filtrinin təxminən 3 aydan bir yoxlanılması və ehtiyac olduqda təmizlənməsi tövsiyə olunur. Lakin texniki xidmət intervalı filtrin real vəziyyətindən, qaz xəttinin iş şəraitindən və sistemdən keçən qazın keyfiyyətindən asılı olaraq dəyişə bilər.
Filtrin vaxtında yoxlanılmaması və təmizlənməməsi filtr elementində çirklənmənin artmasına, qaz axınının zəifləməsinə və avadanlıqların işinə mənfi təsir göstərə bilər. Buna görə filtrin vəziyyətinin mütəmadi olaraq yoxlanılması vacibdir.
Filtrə texniki xidmət göstərmək, vəziyyətini yoxlamaq və təmizləmə işləri ilə məşğul olmaq vaxtınızı alırsa, bu işi bizə həvalə edin. 🔧 ENERJİ-N MMC olaraq qaz avadanlıqlarının texniki servisi və xidmət işlərini həyata keçiririk.
